Azərbaycanda daha doqquz nəfər koronavirusdan öldü: 417 yeni yoluxma

  • By admin
  • 26 İyul 2020 17:11

Azərbaycanda koronavirus infeksiyasına 417 yeni yoluxma faktı qeydə alınıb.

Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Bildirilib ki, 602 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış doqquz nəfər vəfat edib.

 

Gununsesi.org