“Azərbaycanda “Euronews” tipli televiziya kanalı yaradıla bilər” - ƏFLATUN AMAŞOV

  • By admin
  • 13 Noyabr 2017 14:50

Azərbaycan həqiqətlərinin dünyada yayılması üçün yeni televiziya kanalının yaradılması təklif olunur. 

Gununsesi.info xəbər verir ki, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov jurnalistlərə açıqlamasında belə deyib.

Millət vəkili bildirib ki, Azərbaycanda orduya xüsusi diqqət yetirilir: “Bu təqdirəlayiqdir. Ordumuz istənilən an torpaqları işğaldan azad edə bilər. Amma beynəlxalq güclər buna imkan verərmi? Məsələ də budur. Ona görə da orduya göstərilən diqqətlə yanaşı, informasiya siyasətinə də diqqət artırılmalıdır. Müəyyən məbləğlə Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıracaq – “Euronews” tipli televiziya kanalı yaradıla bilər”.

Bundan başqa, Əflatun Amaşov onlayn medianın da dövlət büdcəsindən maliyyələşdirilməsinin vacibliyini xüsusi olaraq qeyd edib.

Mürtəza

Gununsesi.info