Göz sağlamlığı üçün faydalı - QİDALAR

  • By admin
  • 13 Noyabr 2017 14:56

İnsan yaşlandıqca gözü zəifləyir. Xüsusən bu yaşlarda göz sağlamlığına önəm vermək lazımdır.

Gununsesi.info göz sağlamlığını qorumaq üçün istifadə edilən qidaların siyahısını oxuculara təqdim edir.

İspanaq

İspanağın tərkibində karotenoidlər, beta-karoten və zeaxanthin adlı təbii antibiotiklər və qida hüceyrəsi var. Bu isə katarakt riskini azaldır. İspanaq yaş artdıqca meydana gələn göz xəstəliklərinə qarşı gözlərimi qoruyur və günəşdən gələn zərərli mavi dalğaları da təmizləyərək təbii günəş eynəyi vəzifəsini yerinə yetirir.

Yaşıl çay


Tərkibində güclü antioksidantlar var. Bu isə gözün immunitet sistemini möhkəmləndirir, günəşdən gələn UV şüalarının ziyanından qoruyur, glokom xəstəliyi riskini və uzun müddət iş zamanı gözlərdə yaranan gərginliyi azaldır.

Qoz

Tərkibindəki Omega 3 yağları göz və beyin sinirlərinin inkişafında böyük önəmə sahibdir. Bundan başqa qoz göz quruluğunu azaldır. Qozun tərkibindəki E vitamini degenerasiyanın qarşısını alır.

Yunan balqabağı

Tərkibi A vitamini ilə zəngindir. Əsasən toyuq korluğu (gecə zəif görmə) və kataraktın qarşısını alır.

Atlantik qızılbalığı


Tərkibində Omega 3 yağ turçuları boldur. Bu isə müəyyən problemlərin qarşısını almaqla yanaşı glokoma və göz quruluğuna qarşı da mühafizə edir.

Yerkökü


Tərkibində A, C, E vitaminləri, beta-karoten var. Bu isə gözləri həm qoruyur, həm də gözün immunitetini artırır.

Üzüm

Üzüm çəyirdəyində çox güclü antioksidant var. Üzüm bir sıra problem və şəkər xəstəliyi nəticəsində yaranan damar və sinir probleminin qarşısını alır.

Qarğıdalı


Tərkibindəki zeaxanthin adlı maddə sayəsində artan yaşla meydana gələn görmə problemini azaldır.

Kivi

Tərkibində bol miqdarda E vitamini var. Bu maddə retina degenerasiyasının qarşısını alır. Bundan başqa gözdəki qan damarlarını qidalandırır.

Gununsesi.info