Azərbaycanda iki ASC ləğv olundu

  • By admin
  • 21 Sentyabr 2016 10:21
Vergiler-Nazirliyi
Azərbaycanda Açıq Səhmdar Cəmiyyət (ASC) formasında fəaliyyət göstərən 2 müəssisə ləğv olunduğunu elan edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.
Bu müəssisələrdən biri “Gəncə Yağ-Piy” ASC-dir. Kreditorlar tələblərini Gəncə şəhəri, Heydər Əliyev prospekti,53 ünvanına bildirə bilərlər.
Digər müəssisə isə “Binəqədi Tikinti Mexanikləşdirmə” ASC-dir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, 3121-ci məhəllə, Abay Kunanbayev küçəsi,78A ünvanına bildirə bilərlər.
Gununsesi.info