Azərbaycanda koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

  • By admin
  • 23 Yanvar 2022 18:03

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 22 586 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 042, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 122, buster doza üzrə vaksinasiya olunanların sayı isə 18 422 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 813 840, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 214 124, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 729 272, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 870 444 təşkil edir.

 

Gununsesi.info