Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı

  • By admin
  • 16 Oktyabr 2021 17:11

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1681 yeni yoluxma faktı qeydə alınıb, 675 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 500 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 477 639 nəfər müalicə olunaraq sağalıb, 6 746 nəfər vəfat edib. 15 926 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 168, bu günə qədər isə ümumilikdə 5 014 141 test icra olunub.

Gununsesi.info