Azərbaycanda medianın durumu AŞ PA -da müzakirə olunub

  • By admin
  • 25 İyun 2022 11:20

Avropa Şurası Parlament Assambleyasının son iclasında Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin durumu müzakirə olunub.

Gununsesi.info xəbər verir ki, belçikalı deputat Kristof Lakruanın təqdim etdiyi sənəddə jurnalist Əvəz Hafizlinin qətlə yetirilməsi, fəal Bəxtiyar Hacıyevə qarşı hücum qeyd edilir:

“Bu şiddətli zorakılıq, jurnalistin gey olmasını nəzərə alsaq, həm də homofobik çalar daşıyır. Azərbaycanda baş verən bu hadisə olduqca dəhşətlidir. Məsələ ilə bağlı xüsusi hesabatın hazırlanmasına dair qərarı AŞPA bürosu verəcək. Ümid edirəm büro hesabat hazırlanmasına dair qərar verəcək və hesabatın hazırlanması üçün səriştəli və mübariz bir deputat təyin edəcək. Hesabatın hazırlanması olduqca vacibdir. Çünki söhbət fikir azadlığından, yaşama hüququndan, jurnalistin fiziki və psixoloji toxunulmazlığından gedir. Eyni zamanda, bu cinayətin homofob tərkibi də var”.

Günay
Gununsesi.info