Azərbaycanda meşə yanğını lokallaşdırılıb – Yenilənir

  • By admin
  • 24 Sentyabr 2017 21:55

meseyangini025jpg
Bu gün axşam saat 18:10 radələrindən başlayaraq Böyük Qafqaz sıra dağlarının cənub ətəyindən Zaqatala rayonu Yuxarı Tala kəndinin inzibati ərazisindən keçən hissəsində yüksək dağlıq ərazidə yanğın başlayıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə FHN-nin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğının yüksək dağlıq meşəlik ərazidə baş verdiyi üçün ərziyə texnikanın çıxması mümkünsüzdür. Hazırda yanğınsöndürənlər digər vasitələrlə yanğına müdaxilə etməyə çalışırlar.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Tala meşəbəyliyinin 3 saylı dolayının yüksək dağlıq ərazisində baş verən yanğın artıq lokallaşdırılıb.

Yanğının söndürülməsində yalnız əl əməyindən istifadə edilib. Hazırda yanğının tam söndürülməsi istiqamətində operativ tədbirlər görülür.

 

Gununsesi.info