Hacıqabulda yük maşını mikroavtobusla toqquşub, xəsarət alanlar var

  • By admin
  • 24 Sentyabr 2017 22:10

qeza_0235
Bakı-Qazax magistralının Hacıqabul rayonunun Qarasu kəndi ərazisində yol qəzası baş verib.

APA-nın  məlumatına görə, yük maşını və meyvə-tərəvəz daşıyan “Ford” markalı mikroavtobusun toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralıların şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info