Azərbaycanda mikroavtobula “KamAZ” TOQQUŞDU:  Ölən və yaralananlar var

  • By admin
  • 29 İyun 2018 11:42
Qax rayonunda baş verən ağır yol qəzasında mikroavtobusun sürücüsü ölüb.
Gununsesi.info report-a istinadən xəbər verir ki, hadisə zamanı 1 nəfər azyaşlı və 1 nəfər qadın olmaqla 4 nəfər xəsarət alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralıların vəziyyəti ağırdır: “Yaralılardan azyaşlı uşaq və anası ölümcül vəziyyətdədir. Uşağın başı əzilib, kəllə sümüyü sınıb və beyni zədələnib. Yaralılara ilkin yardım göstərildikdən sonra Bakıdakı özəl klinikalardan birinə göndərilməsi planlaşdırılıb”.
***11:01
 Qax rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb, ölən və yaralananlar var.
Gununsesi.info report-a istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistralının Qax rayonunun Baydarlı kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Əliabad-Mingəçevir marşrut xətti üzrə fəaliyyət göstərən “Mercedes” markalı sərnişin mikroavtobusu “KamAZ”la toqquşub. İlkin məlumatlara görə, hadisə nəticəsində 1 nəfər ölub, 3 nəfər yaralanıb.azırda hüquq-mühafizə orqanları hadisə yerindədir.