DSX Xəzər dənizində mina aşkarlayıb

  • By admin
  • 29 İyun 2018 11:44

Dövlət Sərhəd Xidməti sərhəd su­la­rında etibarlı sərhəd mühafizəsinin, neft-qaz hasilatı və daşınması infras­trukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Gununsesi.info bildirir ki, DSX-dan Trend-ə verilən məlumata görə, qurumun Sahil Mühafizəsinin üzmə vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində adalara və qayalıqlara baxış keçirilər­kən sahildən 13,9 km məsafədə Xəzər-Zirə adası­nın şimalındakı daşlıq ərazidə 1 ədəd köhnə dəniz minası aşkarlanıb, ərazi dərhal mühafizəyə götürül­üb.

Mühəndis-istehkam mütəxəssisləri tərəfindən mina aşkarlanmış əraziyə ba­xış keçirilib, mərminin dəniz minası olması təsdiqlənib, daşın­masının təh­lükəli olması səbəbindən yerində zərərsizləşdirilməsinin zəruriliyi barədə rəy veril­ib.

 Mina aşkarlanan ərazidən bir neçə kilometr ətrafda infrastruktur obyekt­lərinin mövcudluğu nəzərə alınmaqla, dəniz mina­sı­nın aşkar olunduğu yerdə təhlükəsizlik tələblərinə uyğun partladılması barədə qərar qəbul olun­ub.

Dəniz minası partladılma yolu ilə zərərsizləşdirilib.