Mərkəzi Bank pul bazasını 600 milyon manat azaltdı

  • By admin
  • 04 Oktyabr 2016 09:20

dollar

Azərbaycan Mərkəzi Bankınəğd pul dövriyyəsini azaldıb.

Gununsesi.info Mərkəzi Banka istinadən xəbər verir ki, oktyabrın 1-i üçün pul bazası 6 milyard 810 milyon manat olub. Bu isə, avqust ayına nisbətən 602 milyon manat azalma demədir.

Qeyd edək ki, hökumət artıq 2014-cü ilin ikinci yarısından etibarən dövriyyədə olan pul bazasını sıxmağa, bununla inflyasıyanı cilovlamağa çalışır. Ötən müddət ərzində pul bazası 42 faiz azalıb. Analitiklər isə bunun sahibkarlıq mühitinə böyük zərbə vurduğunu, bazarın kapıtal çatışmazlığından əziyyət çəkdiyini düşünürlər.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info