Sumqayıtda ev partladı - yaralılar var

  • By admin
  • 04 Oktyabr 2016 09:30

partlayis

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində qaz sızması nəticəsində partlayışın baş verməsi və 1 nəfərin dağıntılar altında qalması barədə məlumat daxil olub.

Gununsesi.info qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzi üzrə xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər dağıntılar altında qalmış 1936-cı il təvəllüdlü Fərzəliyev Sadəddin Mustafa oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 04:14-də başa çatıb.

Anar

Gununsesi.info