QMİ seyidlik vəsiqəsi verir - "SƏNƏD" QURUMUN YETKİLİSİNİN İMZASI VƏ MÖHÜRÜ İLƏ TƏSDİQLƏNİB - FOTO

  • Müəllif: admin
  • 12 İyun 2017 10:24

seyidlik veseqise

Azərbaycanda Seyid Ağa vəsiqələri verilir. 

Gununsesi.info xəbər verir ki, belə vəsiqələrdən birinin fotoşəkli sosial şəbəkədə müzakirə mövzusu olub.

Tağıyev Elnur Mirverdi oğlunun “seyidliyini təsdiqləyən sənəd” QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov tərəfindən verilib. “Sənəd” onun imzası və şəxsi möhürü ilə təsdiqlənib.

Sənəddə qeyd edilən 21313 rəqəmi, böyük ehtimalla, seyidlərə verilən belə vəsiqələrin sayını göstərir.

Qafqaz Müsəlmanları İdarəsinin bu səlahiyyətə malik olduğu barədə ictimaiyyətin məlumatsızlığı sənədin həqiqiliyini şübhə altına salıb.
seyidlik veseqise2
Gununsesi.info