Azərbaycanda son 5 gündə 3 tələbə dünyasını dəyişdi

  • By admin
  • 24 İyul 2020 13:30

Azərbaycanda son günlərdə bir neçə tələbə dünyasını dəyişib.

Gununsesi.org xəbər verir ki, bu barədə məlumatı “Facebook”da “Azərbaycan universitetləri” səhifəsi paylaşıb. Dünən daha bir tələbənin ölümü ilə son günlər ölən tələbələrin sayı 3-ə çatıb. Belə ki, ötən axşam Dövlət İqtisad Universitetinin III kurs tələbəsi Ramil Kazımov intihar edib. 

Dünən eyni zamanda Bakı Dövlət Universitetinin builki məzunu Ayşən İsmayılzadə də vəfat edib. Onun revmatizm xəstəliyindən əziyyət çəkdiyi, uzun illər buna görə müalicə aldığı deyilir.  

İyulun 19-da isə Azərbaycan Dövlət Neft Sənaye Universitetinin tələbəsi Mikayıl Əzizov meningit, pnevmoniya xəstəliyi səbəbindən dünyasını dəyişib. Onun ailənin tək övladı olduğu bildirilib. 

 
Gununsesi.org