Azərbaycanda son sutkada vaksin olunanların sayı açıqlandı – FOTO

  • By admin
  • 13 Noyabr 2021 18:48

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 504 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 469, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 400, “Buster” doza vaksinasiya olunanların sayı 25 635 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 062 192, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 018 158, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 473 436, “Buster” doza vaksinasiya olunanların ümumi sayı isə 570 598 təşkil edir.