Azərbaycanda sosial evlər tikiləcək - VƏTƏNDAŞLARA MÜJDƏ

  • By admin
  • 31 May 2016 10:50

Sosial Evlerrr

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, tezliklə Gəncədə 40-a yaxın çoxmərtəbəli sosial binanın tikintisinə başlanılacaq.

Gununsesi.info Fins.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Aqrar Universitetinin baş binasında 28 May – Respublika Gününə həsr olunan tədbirdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncədə reallaşdırılması nəzərdə tutulan sosial-iqtisadi inkişaf layihələri haqqında məlumat verərkən deyib.

Elmar Vəliyev qeyd edib ki, son illərdə Gəncədə memarlıq həlli ilə diqqət çəkən yüksək mərtəbəli binaların tikintisi çoxalsa da şəhər sakinlərinin, xüsusilə də yeni ailə quran gənclərin mənzillə təminatına ciddi ehtiyac var. Odur ki, yaxın vaxtlarda Gəncədə 40-a yaxın çoxmərtəbəli sosial binanın tikintisi planlaşdırılır. Daxilində hər bir şəraiti olacaq mənzillər sakinlərə, yeni ailə quran gənclərə ən münasib qiymətlərlə, güzəştli şərtlərlə, 25 illik ipoteka krediti ilə veriləcək.