Polisin həyətində 4 maşın alışdı

  • By admin
  • 31 May 2016 11:03

masin-yangin-300x200

Abşeron rayonunda Bakı Şəhər DYP-nin cərimə meydançasında dayanmış, sahibləri məlum olmayan “Chrysler” markalı minik avtomobilinin yanar hissələri, “Mercedes” minik avtomobilinin sağ hissəsi, “Mitsubishi” markalı minik avtomobilinin sol hissəsi və salonu yanıb, “Ford” markalı minik avtomobilinin qabaq hissəsi qismən əriyib.

Digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 01:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.