Azərbaycanda zəlzələ oldu

  • By admin
  • 18 Avqust 2021 09:24

Azərbaycanda zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 00:35-də Lerik stansiyasından 19 km şərqdə, Lerik rayonunda qeydə alınıb. Zəlzələ 3,1 maqnitudada baş verib, zəlzələ ocağı 21 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb.