Azərbaycandakı diqqətəlayiq siyasi sabitlik məndə dərin təəssürat yaratdı - Məhəmməd Nəvaz Şərif

  • By admin
  • 14 Oktyabr 2016 18:26

nrvazzzz

Azərbaycandakı diqqətəlayiq siyasi sabitlik, ictimai həmrəylik və böyük iqtisadi inkişaf məndə dərin təəssürat yaratdı.

Gununsesi.info  xəbər verir ki, bu fikri Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif mətbuata bəyanatında səsləndirib.

Baş nazir deyib ki, Prezident Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi təqdirəlayiq iqtisadi inkişaf və sosial tərəqqi Pakistanda böyük rəğbətlə izlənilir.

“Pakistan və Azərbaycan hər zaman bir-birinə bənzər baxışlara malik olmuşlar və Prezident Əliyev ilə bu görüşümdən sonra məmnunluqla əmin oldum ki, bizim ideallarımız da üst-üstə düşür”- deyə, Məhəmməd Nəvaz Şərif vurğulayıb.

Gununsesi.info