Azərbaycandakı maşınların yaş həddi AÇIQLANDI

  • By admin
  • 13 Yanvar 2023 11:45

“Hazırda Azərbaycanda olan 85 min maşının yaşı 5 ilə qədərdir. 80 faizdən çox avtomobilin yaşı isə 10 ildən çoxdur”.

Gununsesi.info xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Müşavir bildirib ki, avtomobillərin 7-8 %-nin yaşı isə 40 ildən çoxdur:

“Hətta bu ildən başlayaraq hibrid və elektriklə işləyən avtomobillərin gömrük rüsumundan azad edilməsi ekoloji təmiz avtomobillərdən istifadənin artımına təsir edəcək”.

Gununsesi.info