Azərbaycandan olan film beynəlxalq festivalda növbəti qələbəsini qazandı

  • Müəllif: admin
  • 26 Fevral 2018 10:28

 Kazan şəhərində “ZILANT” beynəlxalq kinofestivalı keçirildi. Festivalda Rusiya, Fransa, İspaniya filmləri iştirak edib. Festivalın finalçıları arasında azərbaycanlı rejissor Murad Əbiyevin “Dəniz suyu içən it” filmi də vardı. Bu film “Qısametrajlı film” kateqoriyasında seçilmiş və “Ən yaxşı rejissor işi” nominasiyasında qalib olmuşdur.

Gununsesi.info xəbər verir ki, Azərbaycan filmi, ssenari müəllifi və prodüser Lalə Əliyeva-Klıçkovadır. O, filmin yaranma tarixindən danışaraq, Azərbaycan filmini beynəlxalq festivalda təqdim etməkdən qurur hissi duyduğunu qeyd etmişdir.

“Dəniz suyu içən it” qısametrajlı filmi “NərimanFilm” kinostudiyasının bazası əsasında çəkilib. Film, sevdiyi kişinin xəyanətinə məruz qalan və doğulmamış övladını itirən qadının taleyindən bəhs edir. Ruh düşkünlüyü və çarəsizlik yaşayan qadın kimsəsiz çimərliyə gəlir və bu yer onun həyat tarixçəsinin aydınlaşmasının səssiz şahidinə çevrilir.

Qeyd edək ki, film Calcutta International Cult Film Festival, International Bosphorus Film Festival (Türkiyə), Sankt-Peterburqda “Green Vision”, HADİSƏ – 2017 və Sankt-Peterburqdakı “Green Vision” festivallarında qeydiyyata alınıb, həmçinin ABŞ-ın Malibu şəhərində qapalı nümayişi həyata keçirilib. Bu ilin aprel ayında isə film Kamerunda beynəlxalq festivalda təqdim ediləcək.

Baş rolun ifaçısı Natavan Hacıyeva “Women’s Only Entertainment Film Festival”da “Xarici kino sənətinin ən yaxşı aktrisası” adına, filmin prodüseri isə Moskvadakı Moscow Indie Film Festival müstəqil kino festivalında “Ən yaxşı qadın kinomotoqraf” mükafatına layiq görülüb.

Gununsesi.info