Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı illik müqayisədə 28,51% artaraq 2017-ci ilin yanvar-iyun ayları ərzində 306 644 nəfərə çatıb. Beləliklə, cəmi xarici ziyarətçi sayında azərbaycanlıların xüsusi çəkisi də 2,22%-dən 2,50%-ə yüksəlib.
“Report” bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir.
Təkcə bu ilin iyun ayı ərzində Azərbaycandan Türkiyəyə 63 223 nəfər səfər edib, bu da illik müqayisədə 26,81% çoxdur.
Yanvar-iyun aylarında Türkiyəyə səfər edən xarici vətəndaşların sayı illik 14,05% artaraq 12 249 449 nəfərə çatıb. Bu müddətdə Türkiyəyə səfər edən xarici vətəndaşlar arasında ilk beşlikdə Rusiya (1 692 103), Almaniya (1 246 744), Gürcüstan (1 073 271), İran (1 006 481) və Bolqarıstan (799 279) sıralanıb.
Gununsesi.info
Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı artıb
- By admin
- 01 Avqust 2017 20:57
DİGƏR XƏBƏRLƏR
-
02 May 2024 16:45
Vəzifəyə gedən deputat mandatından məhrum edildi
-
02 May 2024 11:38
Mehriban Əliyeva da onu təbrik etdi
-
01 May 2024 13:05
Kamal Abdulla təltif edilib
-
30 Aprel 2024 18:08
LAF TV -yə haker hücumu
-
30 Aprel 2024 17:13
Onlar imtahanda maksimum bal topladı
-
30 Aprel 2024 15:57
MEDİA-da Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru ilə görüş keçirildi
-
28 Aprel 2024 21:28
Maaşımızın yarısı dayanacaqlara gedir
-
28 Aprel 2024 15:37
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib
-
28 Aprel 2024 10:00
Magistraturaya II cəhd qəbul imtahanı keçiriləcək
-
27 Aprel 2024 13:57
Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı
-
27 Aprel 2024 08:33
Rasim Balayevdən ağır cavab:
-
26 Aprel 2024 22:52
Əli Mirəliyevə embarqo qoyulub