Azərbaycanın Amerikadakı səfiri Bakıya çağırılıb

  • By admin
  • 10 Sentyabr 2016 18:36

sef

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov məsləhətləşmələrin aparılması üçün Bakıya çağırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə virtualaz.org məlumat yayıb.

Səfirin Bakıya çağırılması müddət etibarilə Azərbaycanla ABŞ arasında münasibətlərin soyuduğu dövrə təsadüf edib. Bu soyuqlaşma “Washington Post” qəzetində tənqidi yazılardan sonra meydana gəlib. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri R.Kozlariçin və Dövlət Departamentinin keçmiş əməkdaşı D.Kremerin müəllifliyi altında dərc olunmuş yazıda faktiki olaraq Azərbaycan rəhbərliyinə qarşı sanksiyaların tətbiq edilməsi təklif olunurdu.

 

Gununsesi.info