Azərbaycanın bir sıra şəhər və rayonlarında iki həftəlik sərt karantin rejimi tətbiq olunacaq - RƏSMİ

  • By admin
  • 18 İyun 2020 18:45

Azərbaycanın bir sıra şəhər və rayonlarında ciddi karantin rejimi tətbiq olunacaq.

Gununsesi.org xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.

“Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda tətbiq olunacaq ciddi karantin rejimi ilə bağlı iyunun 19-da qərar verəcək”.

Ciddi karantin rejimi 21 iyun saat 00-dan 5 iyul saat 6.00-dək dövrü əhatə edəcək.

 

 

Gununsesi.org