Azərbaycanın daha iki qonşusu sərhədləri qarşılıqlı qapadır

  • By admin
  • 16 Mart 2020 08:55

Sabahdan etibarən Rusiya-Gürcüstan sərhədi koronavirus səbəbindən müvəqqəti olaraq qapadılacaq.

Gununsesi.org istinadən xəbər verir ki, bu qərar Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze və Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü, senator Qriqori Karasin arasındakı telefon danışığından sonra qəbul olunub.

 Məhdudiyyətlər vətənlərinə qayıtmaq istəyən Rusiya və Gürcüstan vətəndaşlarına şamil edilməyəcək.

Gununsesi.org