Tümen-Bakı təyyarəsi təcili eniş etdi

  • Müəllif: Firuzə
  • 12 Avqust 2026 21:46

Tümendən Bakıya uçan UTair Hava Yollarına məxsus təyyarə texniki problem səbəbindən Ufada planlaşdırılmamış eniş edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ural Nəqliyyat Prokurorluğu məlumat yayıb:

“12 avqustda yerli vaxtla təxminən saat 21:15-də (Moskva vaxtı ilə saat 19:15) UTair Hava Yollarına məxsus təyyarə Ufa Beynəlxalq Hava Limanında təcili eniş edib. Ekipaj texniki problem səbəbindən istiqamətini dəyişmək qərarına gəlib”.

Enişin planlaşdırıldığı kimi həyata keçirildiyi bildirilib. Nəqliyyat Prokurorluğu nəzarət tədbirlərinə başlayıb.

Gununsesi.info