Azərbaycanı “Eurovision” mahnı yarışmasında təmsil edəcək Aysel Məmmədovanın musiqi və klipinin təqdimat tarixi məlum olub.
Gununsesi.info xəbər verir ki, Yunanıstanın paytaxtı Afına şəhərində lentə alınan klip martın 4-də təqdim ediləcək.
Xatırladaq ki, müsabiqənin yarımfinal mərhələsi mayın 8-də və 10-da keçiriləcək. Final mərasimi isə mayın 12-də təşkil olunacaq.
Gununsesi.info