Azərbaycanın qadın voleybolçuları Qızıl Avropa Liqasında Ukraynanı məğlub edib

  • Müəllif: admin
  • 06 İyun 2018 19:11


Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında qrup mərhələsinin sonuncu oyununa çıxıb.

Gununsesi.info-nun məlumatına görə, komanda A qrupunun VI tur qarşılaşmasında Ukrayna yığması ilə üz-üzə gəlib. Qarşılaşma millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan yığmasının növbəti mərhələdə çıxış edib-etməyəcəyi A qrupunun digər oyunu Portuqaliya-Bolqarıstan və B qrupunda keçirilən Macarıstan-Finlandiya görüşündən sonra bəlli olacaq.

Qızıl Avropa Liqası, VI tur

6 iyun

18:00. Ukrayna-Azərbaycan 0:3 (28:30, 21:25, 23:25)

Hakimlər: Yan Krtiçka (Çexiya), Andrey Kovalçuk (Ukrayna)

İvano-Frankovsk, Bədən Tərbiyəsi Kollecinin idman zalı

Qeyd edək ki, Bolqarıstanla Azərbaycanın 12, Ukraynanın 6 xalı var. Portuqaliya isə hələ də xal qazana bilməyib.

 

Gununsesi.info