
Azərbaycanla Avropa İttifaqı arasında dialoq başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard açıqlam verib.
Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında əməkdaşlığın yeni hüquqi çərçivəsinə dair Brüsseldə danışıqlar davam edir: “Artıq alt komitələr səviyyəsində danşıqlar başlanılıb. Bu gün Breseldə Azərbaycanla Aİ arasında alt komitələrdən bu gün üçüncüsünün iclası baş tutub. Sabah 4-cü alt komitənin iclası keçiriləcək”.
Diplomat ümidvar olduğunu bildirib ki, üzv ölkələr mandatla bağlı qərar verəcək və biz tezliklə Azərbaycanla əməkdaşlığın yeni forması ilə bağlı danışıqlara başlayacağıq”, – deyə o bildirib.
Diplomat hesab edik ki, bu komitələrin iclası vasitəsilə azərbaycanlı həmkarlarımızla çox vacib məsələlərə dair fikir mübadiləsi aparmaq imkanı əldə edirik: “Mən çox şadam ki, biz bu dialoqa yenidən başlamışıq. İlin sonuna yaxın nəqliyyata aid çox vacib məsələləri əhatə edən enerji alt komitəsinin iclasını keçiriləcəyinə ümid edirik. Əməkdaşlığın müxtəlif sahələrinə dair konkret nəticələr əldə ediləcəyinə də ümidvaram”.
Gununsesi.info












