Azərbaycanla İran arasında idxal-ixracat əməliyyatı 70% artıb

  • By admin
  • 07 Sentyabr 2016 10:54
iran
2016-ci ildə Azərbaycanla İran arasında idxal-ixracat əməliyyatı 70% artıb.
Gununsesi.info xəbər verir ki, bunu İrann Azərbaycandakı səfirinin ticarət məsələləri üzrə ticarət attaşesi Məhəmməd İbrahim Nağızadə deyib.
Onun sözlərinə görə, 2016-cı ildə daha çox Azərbaycandan İrana ixracatın həcmi artıb. “Əgər 2015-ci ildə Azərbaycnadan İrana  il ərzində 15 milyon dollar həcmində məhsul ixrac olunmuşdusa, təkcə 2016-ci ilin 4 ayında Azərbaycandan İrana  15 milyon dollar həcmində məhsul ixrac olunub. Biz ilin sonuna kimi bu həcmin 30 milyon dollara çatacağını gözləyirik. İrandan Azərbaycana isə 4 ayda ixracın həcmi 178,5 milyon dollar olub”- deyə, M.İ.Nağızadə deyib.
Nağızadə deyib ki, İran  bu həcmin dəfələrlərlə artmasında maraqlıdır. “Çünki bu  iki qonşu və dost ölkə arasındakı  iqtisadi-ticari münasibətlərə adekvat deyil. Çünki  Azərbaycanın ixracat ppotensdilaı böyükdür və bu bizidan İrana ixrcatın dəfələrlə artmasını istəyirik. Ümid edirik ki,   iqtisadi-ticari əlaqələr genişləndikcə, Azərbaycanın İrana ixracı ilbə il artacaq”- deyə, diplomat bildirdi.
Nağızadə əlavə etdi ki, iqtisadi-ticari əlaqələrin genişlkəndirilməsi məqsədi ilə sentyabrn 19-21-də Bakıda ikinci ixrtisaslaşdırılmış “İran Project 2016” sərgisi təşkil olunacaq. Sərgidə neft-kimya, qaz, tikinti, texnika, kənd  təsərrüfatı məhsulları və avadınlıqları, avtomobillər  nümayiş olunacaq.
Srginin təşkil olunamsının məqsədindən danşan Nağızadə deyib ki, əsas hədəf iki ölkə prezidentinin  ölkələr arasında münasibətləri yüksək səviyyə qaldırılması istiqamətində verdiyi tapşırıqların icra olunmasına nail olmaqdır. “İranın sanksiyalr dövründə qonşularla çox yaxşı münasibəti olub və post sanksiya dövründə də ilk olaraq biz elə qonçularla münasibəti inkişaf etdimək niyyətindəyik.
Digər tərəfdən Azərbaycan prezidenti ölkənin neftdən aslılığınn azaldılması məqsədi ilə iqtisadi-ticari,  qeyri-neft sektorunda istehsalatın, turizmin, kənd təsərrüfatının  inkişaf etdidilməsini qarşıya hədəf kimi qoyub. Biz də bu sahələrdən yararlanıb   İran-Azərbaycan münasibətlərinin inkiaşf etdirmək niyyətindəyik”- deyə, o bildirdi.
 
 Diplomat dedi ki, sərgidə 50-dən artıq tanınmış İran şirkəti iştirak edəcək: “Bundan əlavə olaraq sərgi çərçivəsində  sentyabrın 20-də Bakıda  Hilton otelində Azərbaycan-İran biznes forumu keçiriləcək. Biznes-forumda İran tərəfindən 15o, Azərbaycan tərəfindən isə 300-dək iş adamının iştirakı nəzərdə tutulur”.
Mürtəza
Gununsesi.info