Azərbaycanlı aktrisa 62 yaşında vəfat etdi

  • By admin
  • 14 İyul 2019 19:50

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Elmira Hidayətova vəfat edib.

Gununsesi.org xəbər verir ki, o, 62 yaşında dünyasını dəyişib.

Bu barədə məlumatı həmin teatrın aktrisası Telli Hüseynova verib.

 Qeyd edək ki, 1957-ci ildə Bakıda anadan olan Hidayətova Elmira Xalıq qızı “O olmasın, bu olsun”, “Hələlik”, “Bankir adaxlı”, “Səhnədə məhəbbət”, “Məhəbbət oyunu”, “Qırmızı papaq”, “Şən dul qadın”, “Əlin cibində olsun” və s. tamaşalarda iştirak etmişdi.
Gununsesi.org