Azərbaycanlı aktrisa: ”…bu ölkədə doğulduğuma və yaşadığıma görə nifrət edirəm”

  • By admin
  • 28 İyun 2016 15:37

 

13565585_1025869117489904_1503425853_n

 

Gununsesi.info xəbər verir ki, sosial şəbəkə istifadəçiləri mərhum xalq artisti Nuriyyə Əhmədova ilə gənc aktrisa Pərvin Abıyevanı  müqayisə ediblər. “35 il aktrisa oldu, kirayə qaldı”,  amma Pərvin “5 ildi bu sənətdədi “Porsche Cayenne” sürür” yazılı şəkil, aktrisanı özündən çıxarıb. Sosial şəbəkə istifadəçilərini sərt təhqir edərək yazıb:

“Bəzən  səviyyəsizlərin ucbatından bu ölkədə doğulduğuma və yaşadığıma görə nifrət edirəm.Vaxtilə sənətkarımız sağ ikən bu şəkili yaydınız, səsimi çıxarmadım, amma indi insafınız, şərəfiniz, ləyaqətiniz olsun. Ayıbdır. Özünüzə hörmət etmirsiz, Nuriyyə xanımın ölüsünə hörmət edin. Bu xanım mənim çox hörmət etdiyim və filmlərindən bəhrələndiyim aktrisadır. Bilmək olmaz, cavanlığında nə qədər qazanıb və nə qədər itirib. Bəlkə mən də o yaşa çatanda evsiz olacam? Onda məni də kimləsə müqayisə edəcəksiniz? Mən belə insanlardan iyrənirəm. Gic-gic komentlərinizlə məni gözdən sala bilməyəcəksiniz. ”

Sevinc Xeyrulla

 

Naibe Allahverdiyeva