Azərbaycanlı bodibilderlər Avropa Çempionatında 2 medal qazanıb

  • By admin
  • 27 Oktyabr 2019 12:58

Rumıniyanın paytaxtı Buxarestdə “Natural Bodibildinq” və “Fitnes” üzrə Avropa çempionatı keçirilib.

Gununsesi.org xəbər verir ki, INBA Azərbaycanı bu yarışda 9 atlet təmsil edib.

İdmançılarımızdan İsmayıl Həbiyev Men’s Bodibildinq kateqoriyasında gümüş medal, Asif Yusifov isə Mens Fizik kateqoriyasında 4 yerə layiq görülüblər.

Ümumilikdə, komanda hesabında Mens Fizik kateqoriyasında 1-ci yerə Bolqarıstan, 2-ci yer Slovakiya və Niderland isə 3 yerə layiq görülüb.

 

 

Gununsesi.org