Azərbaycanlı deputatın AŞ PA-da vəzifə tutması birmənalı qarşılanmayıb

  • By admin
  • 23 Mart 2023 10:13

Azərbaycan Milli Məclisinin deputatı Kamal Cəfərov Avropa Şurası Parlament Assambleyasının İnsan Hüquqları Üzrə Alt komitəsinin sədri seçilib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə sosial şəbəkədə məlumat yayan Kamal Cəfərov sonradan tənqid hədəfi olub.

Belə ki, Kamal Cəfərovun bu təyinatını tənqid edən ictimi-siyasi fəallar, sosial şəbəkə aktivistləri  insan hüquqlarının pozulduğu Azərbaycanın təmsilçisinin bu postu haqq etmədiyini ifadə edib.

Hətta Kamal Cəfərova olan bu etimada görə Avropa Şurası rəhbərliyi də tənqid edilib.

Bununla belə qeyd etmək lazımdır ki, Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvüdür və parlamentarilərimizin bu qurumun strukturunda hər hansı bir vəzifə tutması normal qarşılanmalıdır. Çünki, Avropa Şurasının və onun Parlament Assambleyasının strukturları quruma üzv olan ölkələrin təmsilçilərindən ibarət olmaldır Bu qurumda isə vəzifələr rotasiya, yaxud da seçki ilə baş tutur.

Ona görə də bu təyinat insan hüquqlarının pozulması faktına göz yumulması demək deyil.  Xatırladaq ki, bir neçə il öncə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu qurumun vitse-prezidenti olub və həmin dövrlərdə AŞ PA Azərbaycanla bağlı tənqidi qətnamələr də qəbul edib.

 

Elmar