Azərbaycanlı gəlin namizədi canlı yayımda EVLİLİK TƏKLİFİ ETDİ – VİDEO

  • By admin
  • 02 İyun 2017 10:22

59310514cdb50_1ALİEVLİmaxresdefault (1)

“Star TV”də yayımlanan “Zuhal Topalla” evlilik verilişinin azərbaycanlı iştirakçısı Nurnala sevgilisi Əli Əkbərə gözlənilmədən evlilik təklifi edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən məlumat verir ki, ötən həftə Əlinin dəvəti ilə məşhur verilişə qatılan Nurlana 2 il əvvəl ayrıldığı sevgilisinin soyadını istədiyini etiraf edib:

“Əliyə güvənmirəm, yalnız bir şətlə etibar edə bilərəm. Mən onun soyadını istəyirəm. Əgər sevirsə, soyadını mənə verəcək”.

Sevgilisinin etirafından şoka düşən Əli nə deyəcəyini bilməyib:

“Nurlana ilə evlənməyi düşünürəm, mənim də istəyim budur. Lakin bunun üçün hələ tezdir. Biz iki ildir görüşmürük. Bir müddət birlikdə vaxt keçirməliyik”.

Xatırladaq ki, azərbaycanlı model proqramda Naz Mila ilə sevgili olub. Tez-tez küsüb barışan cütlük qalmaqallı şəkildə ayrılıb.

Gununsesi.info