Azərbaycanlı nazirin gəlini ana olacaq - FOTOLAR

  • By admin
  • 02 İyun 2017 10:16

sefure

“Eurovision: 2010” mahnı müsabiqəsinin iştirakçısı, eks-müğənni Safura Əlizadə yenidən ana olacaq. 

Gununsesi.info-nun məlumatına görə, Əlizadə instaqramda ailəsi ilə birgə fotolarını paylaşıb. Yayımlanan şəkildə Safuranın xarici görünüşündəki dəyişiklik diqqətdən qaçmayıb.

Onun bir neçə aydır ki, hamilə olduğu məlum olub. Keçmiş ifaçı fotoların may ayında çəkildiyini bildirib.

Qeyd edək ki, Safura energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyev ilə ailə qurub. Onların İsgəndər adlı bir oğlan övladı var.



Gununsesi.info