Azərbaycanlı gənc Naz Milay üçün Türkiyədə evlilik proqramına qatılıb - VİDEO

  • By admin
  • 23 Mart 2017 21:55

naz azerbaycanli

“Star TV”də yayımlanan “Zuhal Topalla” izdivaç verilişində olan azərbaycanlı Naz Milaya yeni namizəd gəlib.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, əslən azərbaycanlı olan və hazırda qardaş ölkədə təhsil alan 24 yaşlı Elvin adlı oğlan onunla evlənmək istədiyini deyib.

Elvin Kuşadasında yaşadığını, ailəsinin isə Bakıda qaldığını söyləyib. O bildirib ki, proqrama ailəsinin icazəsi ilə qatılıb.

Naz Elvini bəyənmədiyini, onunla münasibətə başlamaq istəmədiyini deyib.

Elvin isə proqramda qalaraq, namizəd kimi iştirakını davam etdirəcəyini bildirib.

Gununsesi.info