Azərbaycanlı həkim, vəkil və mühəndis qadınlar TÜRKİYƏDƏ FAHİŞƏLİK EDİRLƏR

  • By admin
  • 28 Oktyabr 2017 10:18

Trabzon polis şöbəsi bölgədə 84 nəfəri nəzarətə götürüb. 

Gununsesi.info xəbər verir ki, 42-si əcnəbi olan, 70 qadını fahişəlikdə, 14 nəfəri isə fahişəlik üçün yer təmin etməkdə günahkar bilib. Bu qadınlar Əxlaq Büro Rəisliyinin icraatından sonra deportasiya edilmək üzrə Xarici Şöbə Müdirliyinə sövq edilib.

Polis bölməsindəki dindirlmə zamanı 42 qadının Gürcüstan, Azərbaycan, Özbəkistan, Tacikistan və Rumuniya kimi ölkələrdən gəldiyi məlum olub. Onlar öz ölkələrində həkim, vəkil, mühəndis kimi çalışıb və iqtisadi problemlər səbəbiylə Türkiyəyə üz tutublar.

28 qadın isə inzibati pul cəzası tətbiq edilərək azad edilib.

Digər tərəfdən 14 nəfər isə “Fahişəliyə vasitəçilik və yer təmin edilməsi” cəzaları ilə Trabzon Ədliyyəsinə sövq edilib. Burada məhkəmə qarşısına çıxan 7 nəfər həbs olunaraq Bahçecik Həbsxanasına göndərilib. Digər 7 nəfər isə şərti olaraq azad edilib.

Gununsesi.info