Azərbaycanlı səyyah velosipedlə 26 ölkə gəzdi

  • By admin
  • 07 Noyabr 2017 23:15

2 ildən çox müddət ərzində 4 qitə, 26 ölkə gəzən velosəyyah doğma vətəninə qayıdıb.

Gununsesi.info xəbər verir ki, Azərbaycanlı velosəyyah Tural Abbasov 2015 ci ilin iyun ayında dünya səyahətinə çıxıb. Bu müddət ərzində o, 29 min 800 km yol qət edib. Velosəyyah dünya turuna heç bir fiziki hazırlığı olmadan çıxdığını deyir. O, geridə qalan müddəti həyatının ən azad , macəra dolu və emosional dövrü kimi səciyyələndirir.

Velosəyyah dünya turundan sonrakı planlarını da açıqlayıb. O , təəssüratları yaddaşında saxlamaqla kifayətlənmək istəmir. Əksinə görüb goturduyu, göz oxşayan anları insanlarla paylaşmaq niyyətindədir.

36 yaşlı Tural Abbasov etdiyi səyyahətlə ən böyük arzusuna çatdığını deyir.

Gununsesi.info