Azərbaycanlı sürücü 4 nəfərin üstündən keçib - OMSKDA

  • By admin
  • 12 Oktyabr 2016 10:45

 yol-qeza

Oktyabrın 11-də  Rusiyanın Omsk şəhərində azərbaycanlı sürücü dayanacaqda avtobus gözləyən  ana və üç uşağını avtomobillə vurub.

Gununsesi.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki,  baş vermiş qəza  nəticəsində xəsarət alanlardan  6 yaşlı uşaq yerindəcə ölüb. 34 yaşlı qadın və onun 1 və 3 yaşlarında iki övladı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Sürücü hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanlarının axtarışıarı nəticəsində hadisədən az sonra qəzanın törədildiyi “Nissan-Tııda” markalı avtomobil yaşayış binalarından birinin qarşısında aşkar edilib. Qəzanı törədən sürücünün 53 yaşlı azərbaycanlı Ələddin İsrail oğlu Qorçuyev olduğu məlum olub. Qorçuyev oktyabrın 12-də  səhər saatlarında saxlanılıb. 

Gülnaz Qənbərli

Gununsesi.info