Azərbaycanlı tələbə magistraturaya qəbul imtahanlarında ölkə birincisi olub

  • By ilhame
  • 20 Mart 2024 21:03

Azərbaycanlı tələbə Aytac Əsgərova magistraturaya qəbul imtahanlarında ölkə birincisi olub.

 

Gununsesi.info xəbər verir ki, hazırda Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi olan Aytac 96 bal toplayıb, esse müsabiqəsindən maksimum nəticə göstərib.

 

Qeyd edək ki, Aytac Əsgərova 2019-cu ildə 656,3 balla Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasına qəbul olub.

 

O, dünyanın TOP 100 universitetlərindən sayılan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

Gununsesi.info