Azərbaycanlı telejurnalisti Moldovaya buraxmadılar

  • By admin
  • 17 Yanvar 2018 12:20

Rusiyanın NTV kanalının Azərbaycan əsilli jurnalisti İradə Zeynalova Moldovaya buraxılmayıb.

Gununsesi.info-nun RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Moldovanın sərhəd polisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, İ. Zeynalova Moldovaya səfərinin məqsədini təsdiqləyə bilmədiyi üçün geri qaytarılıb: “O, İstanbul-Kişinyov reysi ilə uçub. Pasport yoxlanışı zamanı qeyd edib ki, rəsmi şəxslərlə görüşü planlaşdırılıb, lakin bu görüşləri sənədlə təsdiqləyə bilməyib”.

Məlumatda o da vurğulanır ki, jurnalist deportasiya edilməyib, Moldovaya girişinə qadağa qoyulmayıb.

İradə Zeynalova ilk Kişinyov-Moskva reysi ilə yola salınıb.

Gununsesi.info