Azərbaycanlı Xalq artistinin arvadı yüksək mükafata layiq görüldü - FOTO

  • By admin
  • 11 Fevral 2020 16:54

Azərbaycanlı Xalq artistinin arvadı yüksək mükafata layiq görülüb.

Gununsesi.org Vestikavkaza.ru-ya istinadən xəbər verir ki, Azərbaycanın Xalq artisti Yusif Eyvazovun arvadı, vokal ifaçısı Anna Netrebkoya “Polar” İsveç musiqi mükafatı verilib.

Bu barədə mükafatın saytında yazılan qeyddə bildirilir ki, opera dünyasında ulduz statusu qazanmaq böyük əhəmiyyət kəsb edir. Virtuoz vokalist olmaq kifayət deyil.

Qeyd edək ki, Anna Netrebko Rusiyanın Xalq artistidir.