Azərbaycanlılar Gürcüstana axın edir

  • By admin
  • 08 İyun 2016 09:01

gurc

2016-cı ilin ilk beş ayında Gürcüstan gələn ziyarətçilərin və turistlərin sayı rekord həddə çatıb.

Gununsesi.info  APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bildirib.
“Gürcüstanda son 5 ay ərzində xaricdən gələn turist və səyahətçilərin sayı, demək olar ki, 15% artıb və ölkədə 24 saat və ya daha çox qalan turistlərin sayı isə 24% olub. Bu, çox böyük rəqəmdir”, – deyə baş nazir bildirib.

Baş nazirin sözlərinə görə, Gürcüstana nəinki qonşu ölkələrin vətəndaşları, həmçinin Avropa ölkələrindən çoxlu sayda turistlər gəlir.

G. Kvirikaşvili qeyd edib ki, 2015-ci ildə turizmdən gələn gəlir 194 milyard dollar təşkil edib və əvvəlki illərin göstəricilərinə görə 8,3% və ya 149 milyon dollar artıb.

Milli Turizm İdarəsinin məlumatına görə, son beş ay ərzində ölkəyə səyahət edən turistlərin sayı  2,119 milyon 275 min nəfər olub. Gürcüstana qonşu ölkələrdən 782 000 814 nəfər səyahət edib. Qonşu ölkələrdən Gürcüstana səyahət edənlərin siyahısında birinci yeri Azərbaycan (570 min 825 nəfər) tutub. Sonra isə Türkiyə- 524 min 71 nəfər, Rusiya- 303 min 678 nəfər və Ukraynadan 53 min 166 nəfər (23,8% artım) turist gəlib.