Azərbaycanlılar Rusiyada soyğunçu dəstə yaradıbmış

  • Müəllif: admin
  • 22 Noyabr 2018 18:09

Sankt-Peterburq polisi mağazalara hücum edən soyğunçu dəstəni zərərsizləşdirib.

Oxu.Az-ın Nevnov.ru saytına istinadən məlumatına görə, quldur dəstəsinin ən az üç mağazanı soyması ehtimal edilir.

Üç azərbaycanlıdan ibarət soyğunçu dəstə girdikləri mağazalardan pul və siqaret götürüblər. Dəstənin ümumilikdə 100 min rubl pul və 700 qutu siqaret oğurladığı, soyğun zamanı odlu silahdan istifadə olunduğu bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.