“Azəriqaz” İB-nin Zaqatala RQİİ ilin ən yaxşı müəssisələri sırasında

  • By admin
  • 11 May 2023 09:23

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” devizi ilə 2022-ci ildə keçirilən respublika müsabiqəsinin nəticələrini açıqlayıb.

Qeyd edilən nominasiya üzrə SOCAR “Azəriqaz” İB-nin Zaqatala RQİİ qaliblər sırasında yer alıb. Bu münasibətlə AHİK tərəfindən Zaqatala RQİİ-nin kollektivi mükafatlandırılıb.

Qeyd edək ki, qeyd edilən nominasiya üzrə müsabiqədə 22 min müəssisə və təşkilat iştirak edib. Bunlardan 48-i qalib gəlib. Qaliblər sırasında SOCAR “Azəriqaz” İB-nin Zaqatala RQİİ 1-ci yerə layiq görülüb.

Gununsesi.info