“Azəriqaz” işçisi qətlə yetirildi

  • By admin
  • 14 Noyabr 2016 14:34

2016-07-08-Hf1PXZ-qubada-qetl-toredilib

Ötən gün axşam saatlarında Ağstafa rayonunda  qətl hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, Bakı şəhər qeydiyyatında olan Ağstafa sakini 33 yaşlı Tural Hacıyev naməlum şəraitdə öldürülüb. Cəsədin üzərində aparılan ekspetrizadan məlum olub ki, cinayəti törədən şəxs mərhumun başına küt alətlə ağır zərbələr vurmaqla qətlə yetirib və hadisə yerindən qaçıb. Məlumata görə qətli 31 yaşlı Samir Əliyev adlı şəxs həyata keçirib.  Hazırda faktla bağlı Ağstafa Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, Tural Hacıyev Ağstafa Qaz İstismar sahəsində sürücü işləyib.

Gununsesi.info