Paytaxtda yerləşən kitab mağazalarının birindən oğruluq edilib - FOTOLAR

  • By admin
  • 14 Noyabr 2016 14:28

oqru-4

Paytaxtın Nəsimi rayonu Süleyman Rəhimov küçəsində  ogruluq hadisəsi bas verib.

Gununsesi.info xəbər verir ki, hadisə metronun 28 may stansiyasının yaxınlığında yerləşən  kitab mağazasında qeydə alınıb.

Oğruluq anı isə sözügedən kitab magazasındakı  təhlükəsizlik kamerasına anbaan düşüb.

Hadisə vaxtı mağazada biri kassada, digəri isə satışla məşğul olan 2 şəxs olub. Kassada olan şəxs ayaq yoluna gedib. Satıcı isə mağazada müştəri olduğundan başı alıcıya qatışıb. Fürsətdən istifadə edən bu şəxs isə içəri daxil olaraq, kassada olan pulu götürərək mağazanı tərk edib.

Zərərçəkənin sözlərinə görə, hadisə səhər saatlarında baş verdiyindən kassada pul az olub. Hadisə şahidləri həmin şəxsi tanıyır və bir neçə mağazadan müxtəlif oğruluqlar etdiyini bildirdilər.

Onu da qeyd edək ki,  həmin ərazidə yerləşən marketdən bir neçə dəfə oğruluq edilib.

Bu faktla bağlı isə dəymiş ziyan az olduğundan zərərçəkənlər polisə müraciət etməyiblər.

oqru-1

oqru-2

oqru-3

Gununsesi.info