“Azəriqaz”ın növbəti aksiyası keçiriləcək

  • By admin
  • 28 Aprel 2022 13:36

Aprelin 29-da saat 11:00-da “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası başlayacaq. 

Bu barədə “Azəriqaz” İB-dən bildirilib.

Bildirilir ki, aksiya “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Gununsesi.info